Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Ərəb şirkəti Gürcüstanda günəş elektrik stansiyası quracaq

516
Ərəb şirkəti Gürcüstanda günəş elektrik stansiyası quracaq
Dinləmək üçün basın

Mərkəzi ofisi BƏƏ-də yerləşən “Masdar” şirkəti Gürcüstanın Kvemo Kartli bölgəsinin Qardabani bələdiyyəsində yerləşən Axali Samqori kəndində 96 MVt gücündə günəş elektrik stansiyası quracaq.

Mərkəzi ofisi BƏƏ-də yerləşən “Masdar” şirkəti Gürcüstanın Kvemo Kartli bölgəsinin Qardabani bələdiyyəsində yerləşən Axali Samqori kəndində 96 MVt gücündə günəş elektrik stansiyası quracaq.

InterPress.ge xəbər verir ki, bu barədə bazar günü Gürcüstanın İqtisadiyyat Nazirliyinin mətbuat xidməti nazirin birinci müavini Romeo Mikautadze ilə şirkətin direktoru Məhəmməd Camel əl Ramahi arasında keçirilən görüşdən sonra məlumat verib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, sözügedən şirkət bərpa olunan enerji və şəhərsalma sahəsində qlobal liderdir və dünyanın 40 ölkəsində fəaliyyət göstərir.

Layihəyə əsasən, yeni günəş elektrik stansiyasının təxmini illik istehsalı 196,7 milyon kilovatsaat təşkil edəcək. Layihənin dəyəri təxminən 87 milyon dollardır.Yeni elektrik stansiyasının tikintisi Gürcüstanın idxal olunan elektrik enerjisindən asılılığını azaltmağa, yerli mənbələri şaxələndirməyə və yeni iş yerlərinin açılmasına kömək edəcək.

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →