16 
Yan
2023
15:36
324

Baş nazirin rəhbərliyi ilə hökumət administrasiyasında iclas keçirilib

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumət administrasiyasında iclas keçirilib.

InterPress.ge xəbər verir ki, nazirlər kabinetinin üzvləri beş məsələni müzakirə ediblər.

İclasda “Gürcüstan Hökuməti ilə “Gürcüstanın Beynəlxalq Enerji Korporasiyası” MMC arasında “Skra Küləyi” Elektrik Stansiyasına dair saziş haqqında” Gürcüstan hökumətinin fərman layihəsi müzakirə edilib, burada şirkət 12 ay ərzində öz vəsaiti ilə “Skra külək” elektrik stansiyasının texniki-iqtisadi təqdqiqatını aparmalıdır.

Elektrik stansiyasının yerləşdiyi yer Qori munisipalitetidir, elektrik stansiyasının güman edilən gücü isə, 20.7 mqvt-dır. Güman edilən illik istehsalı 85.23 milyon mqvt-dır. Güman edilən həyata keçiriləsi sərmayə isə, 23.3 milyon ABŞ dollarıdır.

Məlumatı hökumət administrasiyası yayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər