Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan“Yaşayan insan xəzinələri” mükafatı mərasimində Suriyadakı vəziyyəti şərh edib.
InterPress.ge TRT-yə istinadən xəbər verir ki, R.T. Ərdoğan Bəşşar Əsəd rejiminin artıqlaması ilə cəzalandırılacağını bildirib:
“Dünən rejim ciddi mənada İdlibdə artıqlaması ilə cəzasını aldı. Amma kifayət deyil. Davamı gələcək. Bizim “Mehmet”imizə hücum etdikcə bədəlini çox ağır ödəyəcəklər. Təfərrüatı da sabah ictimaiyyətlə paylaşacağam”.
