Polşa Seyminin vitse spikeri: "Məni Saakaşviliyə görə hədələyirlər"
Məni hədələyirlər ki, Saakaşvilinin həyatı və Gürcüstandakı vəziyyət barədə ucadan danışmağa davam etsəm, daha Gürcüstana girmək imkanım olmayacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Polşa Seyminin vitse-spikeri Malqojeta Qoşevska bildirib.
"Mən təhdidlərdən qorxmuram. Mənə hədə-qorxu gəlirlər ki, prezidentin [Mixail Saakaşvilinin] həyatı və Gürcüstandakı vəziyyət haqqında yüksək səslə danışmağa davam etsəm, bundan sonra Gürcüstana girmək imkanım olmayacaq.Mənim məsələn, işimlə əlaqədar Rusiya və Belarusiyaya girmək imkanım yoxdur və əgər bunlara Gürcüstan da əlavə olunarsa burada hər şey aydın olacaq... Belə bir təhdid Polşa Respublikasının səfiri cənab Maşkieviçlə rəsmi söhbətdə də səslənmişdi.Mən istəyirəm ki, Gürcüstan normal dövrəyə qayıtsın və bizim siyasi məhbuslara baş çəkmək imkanımız var”, - Malqojeta Qoşevska "Formula"ya müsahibəsində bildirib.


