17 
Yan
2023
14:03
256

İrakli Qaribaşvili Qətər İnvestisiya Cəmiyyətinin icraçı direktoru ilə görüşüb

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Qətər İnvestisiya Cəmiyyətinin icraçı direktoru Mənsur bin İbrahim Əl Mahmud ilə görüşüb.

InterPress.ge xəbər verir ki,  Davosda keçirilən görüşdə enerji və infrastruktur layihələri,mehmanxana və kurortların inkişafı istiqamətində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Baş nazir və nümayəndə heyətinin üzvləri holdinqin rəhbərinə Gürcüstanın zəngin resursları və böyük potensialı barədə məlumat veriblər.

Qeyd edək ki, Qətər Investment Company, yerli və xarici investisiyalar üzrə ixtisaslaşmış Qətərin dövlət holdinq şirkətidir. Holdinq 2005-ci ildə aktivlərin diversifikasiyası yolu ilə ölkə iqtisadiyyatını gücləndirmək məqsədi ilə yaradılıb. 2021-ci ildə Qətər investisiya cəmiyyətinin təxminən 300 milyard dollar aktivi var idi. Holdinqin nümayəndələri ötən il Gürcüstanda olublar. 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər