Ceyms Kob:"Mixeil Saakaşvilinin bir neçə əməliyyata ehtiyacı var"
"Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin bir neçə əməliyyata ehtiyacı var, o cümlədən boynunda".
InterPress.ge xəbər verir ki, bu sözləri Amerikalı professor Ceyms Kob uzaqdan şahid qismində dindirildiyi Tbilisi Şəhər Məhkəməsində bildirib.
Onun sözlərinə görə, əməliyyatlar vaxtında aparılmasa, Mixeil Saakaşvili yeriyə bilməyəcək.
“Onun ciddi problemi var. Məncə boyun problemi və sol çiyin oynağının problemi ən ciddi və ağrılıdır. Onun boynunda əməliyyat, sol çiyin oynağında və sol bud oynağında ehtimal əməliyyat lazımdır.
Bu əməliyyatlar vaxtında aparılmasa, hər gün çiyin oynağı nahiyəsində və bud-çanaq oynaq nahiyəsində ağır hərəkətlilik olduğu üçün bu, daha da çətinləşəcək və praktiki olaraq yeriyə, hərəkət edə bilməyəcək”, - Ceyms Kob bildirib.


