Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstan “Amazon”a ölkədə regional mərkəz açmağı təklif edib

470
Gürcüstan “Amazon”a ölkədə regional mərkəz açmağı təklif edib
Dinləmək üçün basın

Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Davosda Dünya İqtisadi Forumunda ABŞ-nin “Amazon” korporasiyasının vitse-prezidenti Maykl Funke ilə görüşdə ölkəsində “Amazon Web…

Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Davosda Dünya İqtisadi Forumunda ABŞ-nin “Amazon” korporasiyasının vitse-prezidenti Maykl Funke ilə görüşdə ölkəsində “Amazon Web Services” (AWS) regional məlumat mərkəzinin açılmasını təklif edib.

InterPress.ge xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Davitaşvili bildirib ki, Tbilisinin təklifi “Amazon”un Gürcüstanı informasiya mübadiləsi mərkəzlərindən biri kimi nəzərdən keçirməsindən” ibarətdir.

Həmçinin, Baş nazirin müavininin sözlərinə görə, görüşdə o, Funke ilə Gürcüstanda rəqəmsal iqtisadiyyatın inkişafı və korporasiyanın “rəqəmsal transformasiya”da hökumətə yardımını müzakirə edib.

“Amazon Web Services” “Amazon” korporasiyasının bulud hesablama xidmətləri göstərən bölməsidir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →