Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

İrakli Qaribaşvili: "Biz Azərbaycanla Bakı-Tbilisi-Qars dəmir yolu üzərində işləyirik"

337
İrakli Qaribaşvili: "Biz Azərbaycanla Bakı-Tbilisi-Qars dəmir yolu üzərində işləyirik"
Dinləmək üçün basın

Biz Azərbaycanla Bakı-Tbilisi-Qars dəmir yolu üzərində işləyirik. Bir neçə ay əvvəl Azərbaycan bu layihənin başa çatdırılması üçün əlavə maliyyə ayırıb və bu layihə 2024-cü ildə hazır olacaq.

Biz Azərbaycanla Bakı-Tbilisi-Qars dəmir yolu üzərində işləyirik. Bir neçə ay əvvəl Azərbaycan bu layihənin başa çatdırılması üçün əlavə maliyyə ayırıb və bu layihə 2024-cü ildə hazır olacaq.

 InterPress.ge xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu barədə Davos İqtisadi Forumu çərçivəsində keçirilən panel müzakirəsində bildirib. 

Hökumət başçısının sözlərinə görə, Gürcüstanla Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir.

İki ölkə çox mühüm tarixi layihələr həyata keçirib.

“İndiki mərhələdə dəmir yolunun ötürücülük qabiliyyəti ildə 25 milyon ton təşkil edir. Hazırda dəmir yolunu müasirləşdiririk. O, 2024-cü ilin sonuna qədər tamamlanacaq və həmin mərhələdə 48 milyon ton tutumlu olacaq. İndi biz Azərbaycanla Bakı-Tbilisi-Qars dəmir yolu üzərində işləyirik. Bir neçə ay əvvəl Azərbaycan bu layihənin başa çatdırılması üçün əlavə maliyyə ayırıb və bu layihə 2024-cü ildə hazır olacaq. Bundan 25 milyon ton gələcək. Ona görə də bunlar çox strateji əhəmiyyətli obyektlərdir. Mən Gürcüstanla Azərbaycan arasındakı münasibətləri də qeyd etmək istərdim. Bu əlaqə zamanla sınaqdan keçirilib. Etibarlılıq ən yüksək səviyyədədir. Biz birlikdə çox mühüm tarixi layihələri, neft və təbii qaz kəmərlərini, indi dəmir yolu layihəsini və gələcəkdə olacaq bir çox layihələri həyata keçirmişik”, - deyə baş nazir bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →