20 
Yan
2023
22:50
321

Arçil Talakvadze 20 yanvar şəhidlərini anıb

Gürcüstan Parlamentinin vitse spikeri 20 yanvar hadisələrini yad edib.

InterPress.ge xəbər verir ki, Arçil Talakvadze  20 yanvar günü ilə bağlı Twitter səhifəsində paylaşım edib.

"Bu gün biz Azərbaycan xalqı və hökuməti ilə birlikdə Qara Yanvar faciəsi qurbanlarının xatirəsini anırıq. Biz şəhid və yaralananların xatirəsini ehtiramla yad edirik. 20 Yanvar 1990-cı il Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin rəmzidir",-deyə qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər