Rustavi şossesində qəza bir nəfərin ölümü ilə başa çatıb.
InterPress.ge xəbər verir ki, Rustavi-Tbilisi magistralında “Mercedes” markalı avtomobilin sürücüsü sükanı idarə edə bilməyib, yoldan çıxaraq aşıb.
Hadisə yerinə təcili tibbi yardım, xilasetmə xidməti və patrul polisinin briqadaları səfərbər edilib.
Maşında 23 yaşlı Davit Xuçişvili olub, gənc hadisə yerindəcə ölüb.
