Rustavidə oğul atasını döyüb.
InterPress.ge xəbər verir ki, XXI mikrorayonda 40 yaşlarında kişi 70 yaşlı atasına əvvəlcə şifahi, sonra isə fiziki təzyiq göstərib.
Fakt hüquq-mühafizə orqanlarının əməkdaşlarına məlum olub.
Polis 40 yaşlı kişini şübhəli şəxs qismində saxlayıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
