Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Kasyanov: "Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlar bərpa olunar və təhlükəsizlik riskləri artarsa..."

452
Kasyanov: "Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlar bərpa olunar və təhlükəsizlik riskləri artarsa..."
Dinləmək üçün basın

Ukraynanın Gürcüstandakı müvəqqəti işlər nümayəndəsi Andrey Kasyanov bildirib ki, rusların Gürcüstana kütləvi axınından sonra Tbilisi ilə Moskva arasında birbaşa aviareyslər bərpa olunarsa və vətəndaşlar təhlükə ilə…

Ukraynanın Gürcüstandakı müvəqqəti işlər nümayəndəsi Andrey Kasyanov bildirib ki, rusların Gürcüstana kütləvi axınından sonra Tbilisi ilə Moskva arasında birbaşa aviareyslər bərpa olunarsa və vətəndaşlar  təhlükə ilə üzləşərsə, ukraynalılar Gürcüstandan təxliyə oluna bilər.

InterPress.ge xəbər verir ki, bu barədə o, “Европейской правда” nəşrinə verdiyi müsahibədə danışıb.

O, Ukrayna vətəndaşlarının həyatı və təhlükəsizliyinə real təhlükə yarandığı halda bunun müzakirə ediləcəyini vurğulayıb.

“Birbaşa hava hərəkətinin bərpası və real təhlükəsizlik risklərinin artması halında demək istərdim ki, səfirlik Ukrayna vətəndaşlarının Gürcüstan ərazisindən kütləvi şəkildə təxliyə edilməsi ilə bağlı yardım imkanlarını müzakirə etmək üçün beynəlxalq təşkilatlarla, beynəlxalq tərəfdaşlarımızla əlaqə saxlamaq imkanını istisna etmir”, - Kasyanov bildirib.

Kasyanov qeyd edib ki, çoxlu sayda Rusiya vətəndaşının Gürcüstana daxil olması ilə əlaqədar onların təhlükəsizliyinin əhəmiyyətli dərəcədə artması fonunda səfirlik Ukrayna vətəndaşlarının Ukraynaya qayıtmasına hər cür dəstək verir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →