Bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub, nəticədə bir nəfər şəhid olub.
InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan mətbuatı yazıb.
Terror hücumunun dəf edilməsi zamanı səfirliyin mühafizə xidmətinin rəhbəri şəhid olub, daha 1 nəfər yaralanıb.
KİV-in məlumatına görə, terrorda şübhəli bilinən şəxs saxlanılıb.
