27 
Yan
2023
14:26
232

Kobaxidze: "Müxalifətin məqsədi anti-Qərb, anti-Avropa ritorikasını yaratmaqdır"

 "Radikal müxalifət Avropa Şurası Parlament Assambleyasının prezidentinə hücum edir. Bu o deməkdir ki, onların məqsədi anti-Qərb, anti-Avropa ritorikasını yaratmaqdır".

InterPress.ge xəbər verir ki, “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze müxalifətin Avropa Şurası Parlament Assambleyasının prezidenti Tini Koksla bağlı səsləndirdiyi bəyanatlara münasibət bildirib. 

“Radikal müxalifət Avropa Şurası Parlament Assambleyasının prezidentinə hücum edir. Bu o deməkdir ki, onların məqsədi anti-Qərb, anti-Avropa ritorikasını yaratmaqdır. Hər kəs Tini Koksun mövqelərini yaxşı bilir. Ona görə də bu hücumun heç bir əsası yox idi. Bu namizədliyi dəstəkləyənlərin hamısı Kremlin planlarına ortaq adlandırılıb, bu, absurddur. Üstəlik, Tini Koksun namizədliyini Assambleyasının  80%-dən çoxu dəstəkləyib”, - deyə Kobaxidze bildirib.

Avropa Şurası Parlament Assambleyasının yeni seçilmiş prezidenti Gürcüstanın siyasi spektrində mübahisələrə səbəb olub. Müxalifətin bir hissəsi Tini Koksu rusiyapərəst adlandırıb və dəstəyinə görə “Gürcü Arzusu”nu tənqid edib.

Tini Koksu ümumilikdə 175 deputat, ikinci namizəd ukraynalı Aleksandr Merejkonu isə cəmi 44 deputat dəstəkləyib.

Bizimlə əlaqə saxlayın