27 
Yan
2023
14:57
486

Marneuli meriyası qarşısında etiraz aksiyası keçirildi - FOTO

İctimai fəal Samirə Bayramova Marneuli meriyası qarşısında aksiya keçirib.

InterPress.ge-nin məlumatına görə, o, Marneuli meriyasının büdcəsinin bölünməsinə etiraz edib.

"Bildiyiniz kimi, Marneuli meriyası illərdir ki, ədalətsiz büdcə təsdiqləyir. Burda yaşayan insanların istəkləri və problemləri nəzərə alınmır. Bildiyiniz kimi, büdcə məsələsi ilə işimiz məhkəmədədir. Marneuli büdcəsinin hər kəsin olmasına baxmayaraq, meriya büdcəni yalnız yeparxiyaya verdi, qalan dini azlıqlara isə heç bir maddi yardım göstərmədi. Bu məsələ ilə bağlı Bolnisi Məhkəməsi bizim tələbimizi qəbul etdi və bunu ayrı-seçkilik kimi qiymətləndirdi. Ancaq Apellyasiya Məhkəməsi bu qərarı təsdiqləmədi və ləğv etdi. Azlıqların yaşadığı yerlərdə problemlər nəzərə alınmır, daha az yadım göstərilir. Marneulidə yaşayan hər bir insanın tələbinin eyni dərəcədə həll edilməsi vacibdir. Onlar bərabərlik və ədalətin nə olduğunu bilmirlər. Onlar üçün bərabərlik azlıqların deyil, əksəriyyətin tələblərini yerinə gətirməkdir. Bu gün ədalətsizlik bir çox problemlər gətirib", - deyə ictimai fəal bəyan edib.

Onun dediyinə görə, bu, yalnız ilkin mesaj idi və problem öz həllini tapmasa, gələcəkdə də etirazlar davam edəcək. O, bir çox başqa xarici qurum və təşkilatların da bu məsələ ilə maraqlandığını vurğulayıb.

O deyib ki, Ali Məhkəməyə də bununla bağlı şikayət ərizəsi veriləcək.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər