28 
Yan
2023
09:21
324

“Vahid Milli Hərəkat”a sədr seçkiləri başlayır

“Vahid Milli Hərəkat”a sədr seçkiləri başlayır.

InterPress.ge xəbər verir ki, seçkilər elektron qaydada keçirilir və səsvermə bu gün saat 10:00-da başlayır.

Partiya sədrliyinə dörd namizəd: hazırkı sədr Nika Melia; Levan Xabeişvili; Nona Mamulaşvili və Qiorqi Mumladze mübarizə aparır.

Partiyanın siyasi şurasının sədri Koba Nağopiyanın verdiyi məlumata görə, seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçənlərin sayı təxminən 50 min nəfərdir.

 “Qeydiyyatdan keçmiş hər kəsi seçkilərdə fəal iştirak etməyə çağırıram. Sizi əmin etmək istəyirəm ki, seçkidə iştirak edib-etmədiyinizi və ya kimə səs verdinizi heç kim bilməyəcək. Bunun mütləq zəmanəti var, seçkilər tamamilə məxfidir və faktiki olaraq heç kimin buna çıxışı yoxdur”, - Koba Nağopiya dünən keçirilən brifinqdə bildirib.

Seçkilər zamanı Seçki Komissiyasının mətbuat katibi seçkilərin gedişi barədə saat 12:00, 15:00, 18:00 və 21:00-da ictimaiyyətə məlumat verəcək.

 “Vahid Milli Hərəkat”ın daxili seçkiləri yanvarın 30-da saat 10:00-da başa çatacaq. Koba Nağopiya nəticələrin 30 yanvar saat 12:00-a qədər ictimaiyyətə məlum olacağını güman edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər