"Vəziyyətim kəskin şəkildə pisləşib".
InterPress.ge xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili məhkəmə prosesində uzaqdan iştirak edərkən bildirib.
Bundan əlavə, hakim Qiorqi Arevadze Saakaşvilidən qida və dərman almaq imkanı olub-olmadığını soruşub və o, müsbət cavab verib.
Qeyd edək ki, Mixeil Saakaşvili müddətinin təxirə salınması və ya cəzadan azad edilməsi ilə bağlı Tbilisi şəhər məhkəməsində davam edən öz məhkəmə prosesində Vivamed klinikasından stant şəkildə iştirak edib.
Bundan əlavə, xatırladırıq ki, bugünkü prosesdə müdafiə tərəfinin şahidləri dindiriləcək.
