Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Rusiyalı hüquq müdafiəçisi fevralın 20-də Mixeil Saakaşviliyə dəstək aksiyaları elan edib

925
Rusiyalı hüquq müdafiəçisi fevralın 20-də Mixeil Saakaşviliyə dəstək aksiyaları elan edib
Dinləmək üçün basın

Rusiyalı hüquq müdafiəçisi Mark Feyqin növbəti dəfə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşviliyə dəstək üçün qlobal aksiya keçirməyə çağırıb.

Rusiyalı hüquq müdafiəçisi Mark Feyqin növbəti dəfə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşviliyə dəstək üçün qlobal aksiya keçirməyə çağırıb.

InterPress.ge xəbər verir ki, Feyqin ötən ilin dekabrında da oxşar çağırış etmiş və müxtəlif ölkələrin xalqından Gürcüstan səfirlikləri yaxınlığında qlobal aksiya keçirməyi xahiş etmişdi.

Onun sözlərinə görə, Mixeil Saakaşvilinin məsxərəyə qoyulmasından qəzəblənən bütün insanlar bu il fevralın 20-də saat 12:00-da öz ölkələrinin paytaxtlarında parlament və hökumət evlərinin qarşısına toplanmalıdır.

“Gürcüstan hakimiyyəti bizi dinləmədi, ona görə də 20 fevral 2023-cü il, saat 12:00-dan etibarən biz #SaveMisha adlı yeni qlobal aksiya keçiririk. Mixeil Saakaşvilinin məsxərəyə qoyulmasından hiddətlənən hər kəsi yaşadığı ölkənin paytaxtına, parlamentin və hökumət evinin qarşısına çıxmağa çağırırıq!”, – Feyqin bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →