Türkiyə Respublikasının səfirliyi: "Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar prezident administrasiyası jurnalist fəaliyyəti üçün viza sorğusunun dayandırılması barədə qərar qəbul edib"
Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar prezident administrasiyası jurnalist fəaliyyəti üçün viza sorğusunun dayandırılması barədə qərar qəbul edib.
InterPress.ge xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Gürcüstandakı səfirliyi məlumat yayıb.
“Beynəlxalq medianın Kahramanmaraş və ətraf rayonlarda baş vermiş zəlzələ ilə bağlı hadisələrin işıqlandırılmasına marağını nəzərə alaraq, Prezident Administrasiyasının Kommunikasiya şöbəsi jurnalist fəaliyyəti ilə bağlı viza sorğusunun dayandırılması barədə qərar qəbul edib.
Xüsusilə, zəlzələ ilə əlaqədar Gürcüstandan Türkiyəyə getmək istəyən jurnalistlər aşağıdakı elektron poçt ünvanına məktub, fotoşəkil və pasportun surətini göndərməlidirlər. [email protected] ünvanında”, - Türkiyə Respublikası səfirliyinin yaydığı məlumatda deyilir.


