07 
Fev
2023
16:08
337

Ukrayna XİN: Gürcüstan hakimiyyəti Mixeil Saakaşvilini dərhal bizə verməlidir

krayna Xarici İşlər Nazirliyi Tbilisi Şəhər Məhkəməsinin Mixeil Saakaşvilini həbsdə saxlamasından məyus olduğunu bildirib.

InterPress.ge xəbər verir ki, bu, Ukrayna XİN-in bəyanatında qeyd olunub.

Nazirlik bir daha Gürcüstan hakimiyyətini Gürcüstanın üçüncü prezidentinin hüquqlarını qorumağa və onu vətəndaşı olduğu ölkəyə verməyə çağırır:

"Ukrayna Xarici İşlər Nazirliyi Tbilisi Şəhər Məhkəməsinin Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin səhhətinin ağır olduğu üçün cəzasının təxirə salınması və ya azad edilməsi barədə qərarından məyusdur.

Məhkəmə həkimlərin Mixeil Saakaşvilinin xəstəliyinin şiddəti ilə bağlı verdiyi rəyi nəzərə almayıb. O, vətəndaşı xaricə müalicəyə göndərməkdən də imtina edib.

Gürcüstan hakimiyyəti Ukrayna vətəndaşına siyasi qisası dərhal dayandırmalı, onun hüquqlarının müdafiəsini təmin etməli və onu Ukraynaya verməlidir.

Ukrayna Xarici İşlər Nazirliyi azad edilməli olan Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin maraqlarını qorumaqda davam edəcək”, - Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bizimlə əlaqə saxlayın