07 
Fev
2023
18:57
254

Gürcüstanın Xarici İşlər Nazirliyi Türkiyədə zəlzələnin baş verdiyi ərazilərdə qalan Gürcüstan vətəndaşları ilə bağlı məlumat yayıb

 6 Gürcüstan vətəndaşının Türkiyədə harada olmasının müəyyənləşdirilməsi istiqamətində işlər hələ də davam edir.

InterPress.ge xəbər verir ki, bu barədə 
Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayır.

Qurumun açıqlamasına görə, yüzdən çox vətəndaş səfirliyə müraciət edib, 20 nəfərin işi xüsusilə çətin olub, baxmayaraq ki, onlardan 14-nün yeri müəyyən edilib və onların həyatı üçün təhlükə yoxdur.

“İki gün ərzində səfirliyin şəhər nömrələrinə, aktiv qaynar xəttlərə, həmçinin səfirin və səfirliyin əməkdaşlarının sosial şəbəkələrinə Gürcüstan vətəndaşlarından və onların ailə üzvlərindən mindən çox telefon zəngi və müraciət daxil olub. Bundan əlavə, yüzdən çox Gürcüstan vətəndaşı səfirliyə müraciət edib. Onların arasında 20-yə qədər vətəndaşın işi xüsusilə ağır olub. Bu mərhələdə 14 vətəndaşın yeri müəyyən edilib. Onlarla ünsiyyət baş tutub. Onların həyatları təhlükədə deyil, 6 vətəndaşın yerinin müəyyənləşdirilməsi istiqamətində işlər hələ də davam etdirilir. Hazırkı mərhələdə iki Gürcüstan vətəndaşının ölümü təsdiqlənir. Gürcüstan səfirliyi təbii fəlakət zonasında yaşayan vətəndaşlara kömək etmək üçün fəal işləyir”, - Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur.

Gürcüstanın Türkiyədəki səfirliyinin işi fövqəladə rejimə keçib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər