Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Levan Xabeişvili keçiriləcək aksiyalarla bağlı danışdı

628
Levan Xabeişvili keçiriləcək aksiyalarla bağlı danışdı
Dinləmək üçün basın

“Milli Hərəkatın” yeni seçilmiş sədri Levan Xabeişvili bu gün saat 21:00-da partiyanın ofisində brifinq keçirəcək və etirazların harada və nə vaxt keçiriləcəyi ilə bağlı ictimaiyyətə məlumat verəcək.

“Milli Hərəkatın” yeni seçilmiş sədri Levan Xabeişvili bu gün saat 21:00-da partiyanın ofisində brifinq keçirəcək və etirazların harada və nə vaxt keçiriləcəyi ilə bağlı ictimaiyyətə məlumat verəcək.

InterPress.ge xəbər verir ki, hökumət administrasiyası yaxınlığında keçirilən mitinqdə jurnalistlərə verdiyi məlumata görə, etiraz aksiyası Putinin əmri ilə Putinə qarşı döyüşən baş komandan başqa ölkəyə transfer olanadək davam edəcək.

“Putinin xidmətçiləri, Bidzina İvanişvili və onun marionet rejimi çox yaxşı bilməlidir ki, qarşıda çox ağır günlər var. Etiraz hər yerdə olacaq, bu insanlar harda olurlarsa olsunlar, dinc şəkildə indiyə qədər etdikləri kimi, müxtəlif yerlərdə toplaşıb, müxtəlif yerlərdə brifinqlər keçiriblər, bu cür ola bilməz və davam edə bilməz. Həmçinin ictimaiyyətə bildirmək istəyirəm ki, bu gün saat 21:00-da partiyada təcili açıqlama veriləcək, Gürcüstanın müxtəlif rayon və şəhərlərində konkret yerlər, konkret saatlar, günlər barədə ictimaiyyətə məlumat verəcəyik. Sabahdan etibarən hər yerdə, o cümlədən paytaxtda, Bidzina İvanişvilinin, Qaribaşvilinin, Breqadzenin evi qarşısında, müxtəlif dövlət qurumları, müxtəlif şəhər və rayonlarda etiraz aksiyaları keçiriləcək. Hamı yaxşı bilməlidir ki, nə qədər ki, biz bu vəziyyətdəyik, Putinin əmri ilə Putinə qarşı döyüşən baş komandan başqa ölkəyə transfer edilənədək bu etiraz davam edəcək. Onlar polis kordonu və xüsusi təyinatlılarla birlikdə yatıb oyanmalı olacaqlar”, - Xabeişvili bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →