Qardabani bələdiyyəsinin Martğopi kəndində bir nəfər öldürülüb.
InterPress.ge xəbər xəbər verir ki, əldə olan məlumata görə, hadisə qarşılıqlı mübahisə zəminində yaranıb.
Məlumata görə, zərərçəkmiş şəxs güllə yarası alıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 108 və 236-cı maddələri ilə araşdırma aparılır.
