Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Baş nazir Davos Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab ilə görüşüb

363
Baş nazir Davos Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab ilə görüşüb
Dinləmək üçün basın

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davos Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri, professor Klaus Şvab ilə görüşüb.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davos Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri, professor Klaus Şvab ilə görüşüb.

InterPress.ge xəbər verir ki, Dubayda keçirilən görüşdə Gürcüstanla Dünya İqtisadi Forumunun komandası arasında məhsuldar əməkdaşlıq vurğulanıb.

Baş nazir Klaus Şvabın Dünya İqtisadi Forumunun təşkilində xüsusi şəxsi töhfəsini vurğulayıb və 2023-cü il Dünya İqtisadi Forumunun yüksək səviyyədə təşkil olunduğunu və forumda iştirak edən dünya liderlərinə konkret nəticələr verdiyini qeyd edib.

İrakli Qaribaşvili Klaus Şvaba Gürcüstandakı əlverişli investisiya mühiti barədə məlumat verib və qeyd edib ki, regionda və dünyada mövcud olan çağırışlara baxmayaraq, düzgün siyasət nəticəsində Gürcüstan hökuməti ikirəqəmli iqtisadi artımı və ölkədə sabit mühiti təmin edib.

Həmçinin Gürcüstanın strateji tranzit sahəsi vurğulanıb. İrakli Qaribaşvili və Klaus Şvab regional əhəmiyyətli strateji layihələrdən danışıblar.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →