InterPress.ge xəbər verir ki, Çaladidi hissəsində "Mercedes" markalı yüngül minik avtomobili yoldan çıxaraq kanala düşüb.
Hadisə nəticəsində dörd nəfər yaralanıb. Əldə olan məlumata görə, onların vəziyyəti ağırdır.
Müvafiq xidmətlər gələnə kimi yoldan keçənlər yaralıları avtomobildən çıxarıblar. Hadisə yerində araşdırmalar aparılır.
