14 
Fev
2023
20:07
411

DİN fövqəladə halların idarə olunması xidmətinin 85 nəfər yanğınsöndürən heyəti Adıyaman şəhərinə yola düşüb

Daxili İşlər Nazirliyinin fövqəladə halların idarə olunması xidmətinin 85 nəfər yanğınsöndürən heyəti rotasiya məqsədilə Türkiyə Respublikasının Adıyaman şəhərinə gedib.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti məlumat verib.

 Məlumata görə, indiyədək zəlzələnin nəticələrinin ləğvi və xilasetmə tədbirlərini həyata keçirən yanğınsöndürən və xilasediciləri yeni Gürcüstan yanğınsöndürən və xilasedicilər qrupu əvəz edəcək.

Eyni zamanda, yerlərdə çalışan qərargah rəisləri və ixtisaslaşmış xilasedicilər işlərini davam etdirirlər.

"Gürcüstan xilasetmə qrupu Adıyaman şəhərində iki sektorda xilasetmə əməliyyatı aparır. Sahə qərargahı Adıyaman şəhərinin operativ idarəetmə mərkəzi ilə koordinasiyalı şəkildə işləyir.

Gürcüstan xilasedicilərinin yeni qrupu zəlzələdən sonra ləğvetmə və xilasetmə tədbirlərinin həyata keçirilməsi istiqamətində təlim keçmiş yanğınsöndürən-xilasedicilərdən ibarətdir. Xilasetmə dəstəsi həmçinin müasir akustik cihazlar, pilotsuz uçuş aparatları, rabitə vasitəsi və hər cür müvafiq xüsusi xilasetmə avadanlığı ilə təchiz olunub.

Fövqəladə halların idarə olunması xidmətinin rəhbəri - Teymuraz Mğebrişvili gürcü yanğınsöndürənlərinin xilasetmə fəaliyyətlərinin əlaqələndirilməsinə şəxsən rəhbərlik edir.

Gürcüstanın baş nazirinin qərarına əsasən, xilasetmə qrupu Türkiyə Respublikasında baş vermiş zəlzələnin nəticələrinin ləğvi və xilasetmə tədbirlərində iştirak edir”, - məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər