Batumidə binalardan birində liftin düşməsi nəticəsində 3 nəfər xəsarət alıb.
InterPress.ge xəbər verir ki, Təcili Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, yaralılar Batumi klinikalarına yerləşdirilib.
“Bir xəstə “Brazer” klinikasına, ikisi isə tibb məntəqəsinə köçürülüb”, - deyə müvafiq qurumdan bildirilib.
Qeyd edək ki, Ağmaşenebeli küçəsində yeni tikilidə lift düşüb. Müvafiq xidmətlərin əməkdaşları sözügedən binaya səfərbər olunub.
