Baş nazir İlham Əliyev və Nikol Paşinyanla hansı məsələləri müzakirə etdiklərini açıqladı
"Azərbaycan və Ermənistan liderləri ilə birlikdə regionumuzdakı təhlükəsizlik mühitini müzakirə etdik və Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün lazım olan səylərdən danışdıq".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Twitter-də yazıb.
Baş nazirin sözlərinə görə, Gürcüstan regionda sülhün qorunmasında öz həlledici rolunu oynamağa hazırdır.
“Mən Münhen Təhlükəsizlik Konfransının tarixi sessiyasında iştirak etməkdən şadam. Azərbaycan və Ermənistan liderləri ilə birlikdə biz regionumuzdakı təhlükəsizlik mühitini və Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün lazım olan səyləri müzakirə etdik. Gürcüstan regionda sülhün qorunmasında həlledici rolunu oynamağa hazırdır”, - İrakli Ğaribaşvili yazıb.


