ABŞ prezidenti Co Bayden Polşada NATO-nun baş katibi Yens Stoltenberq və “Buxarest Qrupu” ölkələrinin liderləri ilə görüşəcək.
InterPress.ge xəbər verir ki, məlumata görə, Bayden çərşənbə günü axşam Vaşinqtona qayıdacaq.
Qeyd edək ki, “Buxarest Qrupu” 2015-ci ildə Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq yaradılıb. Onun üzvləri Polşa, Rumıniya, Bolqarıstan, Çexiya, Litva, Litva, Estoniya, Macarıstan və Slovakiyadır.
Xatırladaq ki, çərşənbə axşamı ABŞ prezidenti Varşavada çıxış edərək "indi tarixin dönüş nöqtəsidir və bu, onilliklərin gələcəyini müəyyənləşdirəcək" deyib. Bundan əlavə, Ağ Ev rəhbəri qeyd edib ki, “Ukraynaya dəstəyimiz sarsılmayacaq, NATO parçalanmayacaq və biz yorulmayacağıq”.
