Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Tramp pandemiya ərzində ilk dəfə tibbi maska taxdı

685
Tramp pandemiya ərzində ilk dəfə tibbi maska taxdı
Dinləmək üçün basın

ABŞ prezidenti Donald Tramp koronavirus pandemiyası ərzində ilk dəfə ictimaiyyət qarşısına tibbi maska ilə çıxıb.

ABŞ prezidenti Donald Tramp koronavirus pandemiyası ərzində ilk dəfə ictimaiyyət qarşısına tibbi maska ilə çıxıb.

InterPress.ge RİA "Novosti"yə istinadən xəbər verir ki, dövlət başçısı Vaşinqton ətrafındakı şəhərlərdən birində yerləşən, döyüş hərəkətləri zonasında yaralanmış hərbi qulluqçuların müalicə aldığı “Walter Reed” hospitalına səfər edib.

Tramp hərbçilər qarşısına tünd göy rəngli maskada çıxıb.

"Düşünürəm ki, bu - maska taxmaq çox gözəldir. Mən heç vaxt maska taxmağa qarşı olmamışam. Amma hər şeyin öz vaxtı və yeri var", - Tramp jurnalistlərə deyib.

ABŞ rəhbəri bundan əvvəl ictimai tədbirlərdə maskadan istifadə etməyib.

Daha əvvəl Tramp bildirib ki, o, qoruyucu maskadan istifadəyə qarşı çıxmır və Vaşinqton ətrafındakı şəhərlərdən birində yerləşən hərbi tibb mərkəzinə səfəri zamanı tibbi maskadan istifadə etmək niyyətindədir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →