25 
Fev
2023
19:23
442

Daxili İşlər Nazirliyinin fövqəladə halların idarə olunması xidmətinin xilasediciləri Türkiyədən vətənə qayıtdılar

Daxili İşlər Nazirliyinin fövqəladə halların idarə olunması xidmətinin xilasediciləri Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin ləğvi və xilasetmə missiyasını başa çatdırıblar.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, baş nazir İrakli Qaribaşvilinin qərarına əsasən, gürcü xilasediciləri Türkiyədən vətənlərinə xüsusi çarter reysi ilə qayıdıblar.

Gürcüstana qayıdan xilasedicilər Tbilisi Beynəlxalq Hava Limanında daxili işlər nazirinin müavini İoseb Çelidze, Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Teymuraz Mğebrişvili və Türkiyənin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Əli Kaan Orbay qarşılayaraq xilasetmə qrupunun üzvlərinə Türkiyədə göstərdikləri fədakarlığa görə təşəkkür ediblər.

Gürcü xilasedicilərinin bir hissəsi xilasetmə texnikası və avadanlıqları ilə quru yolu ilə vətənə qayıdacaq.

“Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin qərarına əsasən, Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin xilasediciləri təbii fəlakətin ilk günü və rotasiyadan sonra Türkiyəyə, Adıyaman şəhərinə yola düşüblər. Daha sonra xilasetmə əməliyyatını Hatay vilayətinin Antakya şəhərində davam etdiriblər.

Ümumilikdə zəlzələnin nəticələrinin ləğvi və xilasetmə tədbirlərində 200-ə yaxın xilasedici iştirak edib”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər