25 
Fev
2023
20:05
405

Tbilisidə “Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir: tanıyaq və tanıdaq” adlı aksiya keçirilib-FOTO

Fevralın 24-də Gürcüstan paytaxtı Tbilisidə “Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir: tanıyaq və tanıdaq” adlı aksiya keçirilib. 

InterPress.ge xəbər verir ki, aksiya “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Gürcüstanda fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzi tərəfindən təşkil olunub. 

Aksiyada mərkəzin rəhbərliyi və tələbələri, habelə bu ölkədəki Azərbaycan Evinin rəhbərliyi paytaxt Tbilisinin sakinlərinə və şəhərin qonaqlarına, turistlərə Xocalı soyqırımına dair bukletlər paylayıblar. Bukletlərdə Xocalı faciəsinin səbəbləri, erməni vandalizminin acı nəticələri, eləcə də soyqırımı barədə statistik məlumatlar əksini tapıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər