Dmanisidə "Xocalı faciəsini unutmadıq" adlı tədbir keçirildi-FOTO
24 fevral Dmanisi Tədris Mərkəzində "Xocalı faciəsini unutmadıq" adlı tədbir keçirildi. Tədbirdə faciədə həlak olanlar bir dəqiqəlik sükutla yad edildi.
InterPress.ge xəbər verir ki, tədbirdə layihə rəhbəri Kamran Xıdırov 1992-ci il fevralın 26-da ermənilərin Xocalıda dinc əhaliyə qarşı törətdikləri qanlı faciədən, düşmənin vəhşiliyindən danışıb.
O qeyd edib ki, Xocalı soyqırımı bir müharibə cinayətindən daha artıq cinayətdir. Ermənilər Xocalı sakinlərinə milli-etnik mənsubiyyətlərinə, Azərbaycan türkü olduqlarına görə işgəncələrə məruz qoyublar. Bu isə birmənalı şəkildə soyqırımdır.
Tədbirdə şagirdlər oxuduqları kitablardan, izlədikləri filmlərdən qanlı faciəyə həsr olunmuş rəsmlər çəkib Mərkəzin foyesində sərgiləyiblər.
Görüş zamanı layihə rəhbəri Kamran Xıdırov, Gürcü dili müəlliməsi Maya Xmaladze, Hamamlı ictimai məktəbinin direktoru- Madona Udesiani, tələbə hazırlığı müəllimi Vasif Həsənov, Azərbaycan dili müəlliməsi- Nigar Seyidova , Elza Süleymanova, Afiq İsmayılov, valideynlər və.s dünya miqyasında törədilən bütün faciələrə və soyqırımlara qarşı fikirlər səsləndiriblər.
Tədbirdə sözlə çıxış edən Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyi vurğulanıb. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazandılan Böyük Zəfər nəticəsində torpaqlar işğaldan azad edilib və şəhidlərin qanı yerdə qalmayıb.
Tədbir çərçivəsində çıxış edən valideynlər X.Y.A- üzrə Dövlət komitəsinə, onun sədri Fuad Muradov cənablarına göstərdiyi maddi- mənəvi dəstəyə görə təşəkkürü də unutmadılar.Tədris mərkəzinin əməkdaşları valideynlərə və digər görüş iştirakçılarına qarşılarına qoyduqları prioritet məsələlər barədə geniş məlumat verdilər.





