Batumi Şəhər Məhkəməsi türkiyəli iş adamı Qalib Öztürkü təqsirli bilib və 8 il müddətinə azadlıqdan məhrum edilib.
InterPress.ge xəbər verir ki, hakim Levan Ğolbaia qərarını az əvvəl elan edib.
Öztürk mayın 31-də saxlanılıb. O, xüsusilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz saxlamaqda ittiham olunub. İstintaqın məlumatına görə, Öztürkün mənzilinə baxış zamanı 7 qramdan artıq kokain aşkar edilib. O saxlanılmasını siyasi təqiblə əlaqələndirir.
Daha sonra Öztürk saxta hesablaşma sənədi hazırlamaqda və xüsusilə külli miqdarda qanunsuz gəlirləri leqallaşdırmaqda ittiham olunub.
