Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Sarpda odlu silah və xüsusilə külli miqdarda bəyan edilməmiş malların gətirilməsi cəhdinin qarşısı alınıb

353
Sarpda odlu silah və xüsusilə külli miqdarda bəyan edilməmiş malların gətirilməsi cəhdinin qarşısı alınıb
Dinləmək üçün basın

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük İdarəsinin əməkdaşları tərəfindən Türkiyə vətəndaşı M.U.-nun idarə etdiyi avtomobilə “Sarp” gömrük-keçid məntəqəsində baxış nəticəsində 6 kq bəyan edilməmiş gümüş…

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük İdarəsinin əməkdaşları tərəfindən Türkiyə vətəndaşı M.U.-nun idarə etdiyi avtomobilə “Sarp” gömrük-keçid məntəqəsində baxış nəticəsində 6 kq bəyan edilməmiş gümüş külçələr, o cümlədən qızıl sikkələr/qızıl məmulatlar (ümumi çəkisi 6 261 qram), 2 ədəd ağızlıqlı odlu silah və 113 ədəd patron aşkar edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat verib.

Qanunu pozan vətəndaş qeyd olunan malları avtomobilinin yük yerində gizlədib.

Bəyan edilməmiş qiymətli metal məmulatlarının ümumi gömrük dəyəri 47 090 lari təşkil edib.

İş materialları cavablandırılması üçün Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →