Putinin qanlı müharibəsində daha bir gürcü döyüşçüsü həlak olub.
InterPress.ge xəbər verir, Baxmutda qızğın döyüşdə Qiorqi Narmaniya həlak olub.
Məlumata görə, bölmə Ukraynanın ən qaynar bölgəsində döyüşürdü və onların mövqeləri Rusiya artilleriyası tərəfindən bombardman edilib.
Ölən gürcü hərbçisinin nə vaxt vətənə gətiriləcəyi məlum deyil, çünki onun yoldaşları indiyədək meyiti cəbhə xəttindən çıxara bilməyiblər. Baxmutda davam edən şiddətli döyüş zamanı yaralılar da var, ilkin məlumata görə, onların vəziyyəti stabildir.
