Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Baş redaktora “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib

450
Baş redaktora “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib
Dinləmək üçün basın

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Gürcüstanda fəaliyyət göstərən “Maarif” hüquqi, elmi-metodiki maarifləndirmə mərkəzi” İttifaqının sədri, “Maarif” qəzet-jurnalının baş redaktoru Ələddin…

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Gürcüstanda fəaliyyət göstərən “Maarif” hüquqi, elmi-metodiki maarifləndirmə mərkəzi” İttifaqının sədri, “Maarif” qəzet-jurnalının baş redaktoru Ələddin Qarabağlı ilə görüşü keçirilib.

InterPress.ge xəbər verir ki, baş redaktoru salamlayan Komitə sədri Azərbaycanın Gürcüstan vətəndaşları azərbaycanlıların təhsil sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşdığını, ictimai-siyasi və humanitar sahələrə sıx inteqrasiyası məqsədilə milli kadrların hazırlığının böyük əhəmiyyət kəsb etdiyini bir daha nəzərə çatdırıb. Komitənin bu istiqamətdə həyata keçirdiyi layihələrdən bəhs edib.

Sonra Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə mövcud problemlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Baş redaktor bidirib ki, Gürcüstanın müvafiq orqanları qarşısında ali məktəbin açılması, digər universitetlərin tərkibində milli kadrları hazırlaya biləcək fakültələrin fəaliyyətinə nail olmaq kimi təşəbbüslərlə çıxış edib, Təhsil və Elm Nazirliyində Azərbaycandilli məktəblərin bir sıra problemlərinin müzakirə olunmasında iştirak edib.

Görüşün sonunda Komitə sədri baş redaktora təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” medalını təqdim edib.

Ələddin Qarabağlı ona göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →