Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

ADA universiteti Gürcüstan azərbaycanlılarına magistr təhsili almaq üçün geniş imkanlar yaradır

1,443
ADA universiteti Gürcüstan azərbaycanlılarına  magistr təhsili almaq üçün geniş imkanlar yaradır
Dinləmək üçün basın

ADA Universiteti Gürcüstan azərbaycanlılarına magistr təhsili almaq üçün geniş imkanlar yaradır.

ADA Universiteti Gürcüstan azərbaycanlılarına magistr təhsili almaq üçün geniş imkanlar yaradır.

InterPress.ge xəbər verir ki, Azərbaycan Diplomatik Akademiyası (ADA Universiteti) Gürcüstan azərbaycanlıları üçün Azərbaycan dilində “Təhsil üzrə menecment” və “Təlim və Tədrisin Təşkili və Metodikası” üzrə magistr təhsili almaq üçün geniş imkanlar yaradır. Bu ixtisaslar hibrid formada - əyani və distant (daha çox onlayn) formada tədris ediləcək. Dərslərin böyük qismi onlayn olacaq, ona görə də işləyənlər üçün rahat və əlverişlidir.

Proqramda Azərbaycan dili və Ədəbiyyat fənninin tədrisi də nəzərdə tutulur. Gürcüstan vətəndaşları təhsil haqqından azad olmaq üçün 100 faizlik qrantdan yararlana bilərlər, bunun üçün hər semestr ədədi orta bal (GPA) minimum 3 olmalıdır. Gürcüstan azərbaycanlıları imtahan vermədən, sənədləri (ərizə forması, CV, bakalavr diplomu, diploma əlavə, motivasiya məktubu, pasport) təqdim etməklə və müsahibədə iştirak etməklə qəbul ola bilərlər. 
Son müraciət tarixi: 1 Aprel, 2023-cü il
Əlavə məlumat üçün əlaqə saxlayın: Mahnur Abbasova - [email protected] və ya Aygül İsayeva – 577 10 54 10 

Onlayn formada qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun:

ada.edu.az/apply

Müraciət edərkən nəzərə alın: (First time user account creation; Login; pin (6 rəqəm); Application type: Graduate Application INTL).

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →