06 
Mar
2023
11:00
368

Anri Oxanaşvili Qiorqi Vaşadzeyə: "Sən vətənsiz adamsan"

Anri Oxanaşvili Qiorqi Vaşadzeni vətənsiz adam adlandırıb.

InterPress.ge xəbər verir ki, “Xalqın gücü” hərəkatının təşəbbüsü ilə irəli sürülmüş qanun layihələrinin müzakirə olunduğu hüquq məsələləri komitəsinin iclasında parlament çoxluğunun üzvü “Ağmaşenebeli Strategiyası”nın rəhbərinə bu cür müraciət edib.

Komitə sədri Vaşadzeyə “Sən vətənsizsən, sən vətənsiz adamsan” deyib.

İclas səs-küy fonunda keçirilir. Oxanaşvili mandaturlardan Salome Samadaşvili, Tamar Kordzaia, Xatuna Samnidze, Levan Xabeişvili, Qiorqi Vaşadze və Ana Natsvlişvilini zaldan çıxarmağı və asayişi təmin etməyi xahiş edib.

Bizimlə əlaqə saxlayın