Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Toy məclisi təşkil edən şəxslər cərimələndi - FOTO

1,998
Toy məclisi təşkil edən şəxslər cərimələndi - FOTO
Dinləmək üçün basın

Azərbaycanın Bakı şəhərinin Sabunçu rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə kiçik toy məclisi təşkil edilməsinin qarşısı polislər tərəfindən alınıb.

Azərbaycanın Bakı şəhərinin Sabunçu rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə kiçik toy məclisi təşkil edilməsinin qarşısı polislər tərəfindən alınıb.

Azərbaycanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan Azad Cavadovun oğluna toy məclisi təşkil etməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları dərhal həmin əraziyə yollanaraq, karantin rejimi qaydalarının pozulması halını aşkar ediblər.

Məclisin təşkilatçısı A.Cavadov və daha 15 nəfər qonaq saxlanılaraq, Polis Şöbəsinə gətirilib.

Xüsusi karantin rejimi qaydalarını pozan ümumilikdə 16 nəfər barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onların hər biri 200 manat (360 lari) məbləğində cərimə edilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →