07 
Mar
2023
15:13
1966

Batumidə kişi müəllim hamiləlik maddəsi ilə işdən çıxarılıb

Batuminin 16-cı məktəbinin kişi müəllimi hamiləlik maddəsi ilə işindən çıxarılıb. 

InterPress.ge xəbər verir ki, yanvarın 22-də Mamia Mjavanadze əvvəlcə rəhbərlik tərəfindən təzyiqə məruz qaldığını əsas gətirərək işdən çıxarılması üçün ərizə yazıb, 10 gün sonra isə Gürcüstanın Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən çıxarıldığı barədə məktəbdən bildiriş alıb.

Gürcüstanın Üzvi Qanununa əsasən:

Gürcüstanın Əmək Məcəlləsi Maddə 37. Hamiləliyə və doğuşa görə məzuniyyət, uşağa baxmağa görə məzuniyyət
1. İşçiyə öz ərizəsi əsasında hamiləliyə və doğuşa görə 126 təqvim günü, doğuş zamanı ağırlaşmalar və ya əkizlər doğulduqda isə 143 təqvim günü ərzində ödənişli məzuniyyət verilir.

Xavanadze deyib ki, onu intizam pozuntularında ittiham ediblər.

Bizimlə əlaqə saxlayın