Etiraz aksiyasının keçirildiyi əraziyə bu gün təyin olunan ictimai müdafiəçi Levan İoselianinin gedişi aksiya iştirakçılarının etirazları və təhqiramiz qışqırıqlarına səbəb olub.
InterPress.ge xəbər verir ki, etirazçılar Levan İoselianini “qul” adlandırıblar.
Mitinq iştirakçıları yeni təyin olunmuş xalq müdafiəçisinə yumurta atıblar və atılan yumurtalar onun başına dəyib.
İctimai müdafiəçinin müavini Giorgi Burcanadze və “Vətəndaşlar” partiyasının lideri Aleko Elisaşvili İoselianini ərazidən çıxarıblar. O, polisin müşayiəti ilə ərazini tərk edib.
