Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

İrakli Kobaxidze: "İctimaiyyət tezliklə radikalların onları növbəti dəfə aldatdığını öyrənəcək"

355
İrakli Kobaxidze: "İctimaiyyət tezliklə radikalların onları növbəti dəfə aldatdığını öyrənəcək"
Dinləmək üçün basın

"Camaatı aldadıblar ki, qanunun qəbulu bitib. Camaatı aldadıblar ki, biz heç kimi dinləmirik. Bütün bunlar boş yalan və spekulyasiya idi".

"Camaatı aldadıblar ki, qanunun qəbulu bitib. Camaatı aldadıblar ki, biz heç kimi dinləmirik. Bütün bunlar boş yalan və spekulyasiya idi".

InterPress.ge xəbər verir ki, bu barədə partiya sədri İrakli Kobaxidze “Gürcü Arzusu”nun mərkəzi ofisində keçirilən brifinqdə məlumat verib.

“Bizim Venesiya Komissiyası ilə konkret təcrübəmiz var. Prinsipcə, biz həmişə Venesiya Komissiyasının tövsiyələrini nəzərə alırıq. Əlbəttə, elə hallar var ki, biz nəyisə bölüşmürük, lakin bunlar müstəsna hallardır və orada bizim arqumentlərimiz var, amma prinsipcə biz Venesiya Komissiyasının qənaətlərini bölüşürük. Bu, bu qanunu namizəd statusu ilə əlaqələndirməyin nə qədər spekulyativ olduğunu göstərir. Əvvəldən deyildi ki, biz sənədi Venesiya Komissiyasına göndərəcəyik, bu Avropa strukturunun yekununu gözləyəcəyik və ondan sonra bu qanun layihəsinin müzakirəsi ikinci, sonra üçüncü oxunuşla davam edəcək, qarşıda daha iki dinləmə var. İctimaiyyət tezliklə radikalların onları növbəti dəfə aldatdığını öyrənəcək”, - İrakli Kobaxidze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →