12 
Mar
2023
12:25
255

Sabah VMH üzvləri Mixeil Saakaşvili məsələsi ilə bağlı Strasburqda görüşlər keçirəcək

Vahid Milli Hərəkat” partiyasının sədri Levan Xabeişvilinin sözlərinə görə, sabah, martın 13-də VMH üzvləri Mixeil Saakaşvili məsələsi ilə bağlı Strasburqda görüşlər keçirəcək.

InterPress.ge xəbər verir ki, o, bu barədə brifinqdə danışıb.

Xabeişvili Mixeil Saakaşvili məsələsi ilə bağlı beynəlxalq rəylərdən danışıb və bildirib ki, namizəd statusu əldə etmək üçün ölkənin tərəfdaşlarının bəyanatlarını dinləmək və nəzərə almaq vacibdir.

"Sivil dünyanın ölkəmizə lupa ilə baxdığı bir şəraitdə Gürcüstanın payızda Aİ-yə namizəd statusunu alması üçün tərəfdaşlarımızın prioritetləri yerinə yetirmək və 27 ölkənin hökumətlərinə heç bir narahatlıq buraxmamalıyıq ki, onlar da sonda Gürcüstana qapılarını açıb, onu ailəsinə qəbul etsin.

Sabah bizim nümayəndə heyətimiz Petre Tsiskarişvili və Qiorqi Çaladzenin rəhbərliyi altında Strasburqa gedəcək və orada rəsmi görüşlər keçirəcək”, - Levan Xabeişvili bildirib.

Qiorqi Çaladze Strasburqda keçiriləcək görüşlərdən də danışıb.Onun sözlərinə görə, əsas mövzu Putinin məhbusları olacaq. Strasburqda keçiriləcək görüşdən əvvəl VMH üzvləri Mixeil Saakaşvilinin anası, oğlu və Maqnitks siyahısının müəllifi Bill Brauderlə görüşəcək.

 

Bizimlə əlaqə saxlayın