15 
Mar
2023
14:37
1434

Azərbaycan və Gürcüstan ortaq gömrük və sərhəd-keçid məntəqələri yarada bilər

Azərbaycan və Gürcüstan ortaq gömrük və sərhəd-keçid məntəqələrinin yaradılması ilə bağlı iş aparır.

InterPress.ge xəbər verir ki, bunu qonşu ölkənin Milli Gəlirlər Xidmətinin rəhbəri Levan Kakava Bakıda keçirilən Transxəzər Beynəlxalq nəqliyyat Şərq-Qərb Dəhlizi boyu "bir pəncərə" prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi (Data pipeline) üzrə çoxtərəfli görüşdə çıxışı zamanı deyib.

O, beynəlxalq donorları bu layihəyə dəstək verməyə çağırıb.

"Rusiya-Ukrayna müharibəsi yükdaşımaların marşrutunun Cənuba doğru dəyişməsinə şərait yaradıb. Bu baxımdan Orta Dəhliz xüsusi əhəmiyyətə malikdir. Hesab edirəm ki, beynəlxalq donorlar Azərbaycanla ortaq yaratmaq istədiyimiz gömrük və sərhəd-keçid məntəqəsinin qurulmasına dəstək verəcəklər", - deyə Gürcüstan rəsmisi qeyd edib.

Bizimlə əlaqə saxlayın