Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili xalq müdafiəçisi Levan İoseliani ilə görüşməyə hazır olduğunu bildirib.
InterPress.ge xəbər verir ki, bu barədə Saakaşvili sosial şəbəkədə yazıb.
Saakaşvili xalq müdafiəçisinə təşəkkür edib.
“Yaxın günlərdə xalq müdafiəçisi ilə görüşməyə hazıram. Həftə sonlarına üstünlük verirəm. İfadə etdiyiniz istəyə görə təşəkkür edirəm”, - Saakaşvili bildirib.
