17 
Mar
2023
11:58
196

Kaladze: "Heç kimə ölkəni devirmək imkanı verməyəcəyik”

"Biz heç kimə ölkəni məhv etmək imkanı verməyəcəyik".

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib.

Kaladzenin sözlərinə görə, mitinqdə ola bilsin ki, konkret partiya və ya siyasətçini ayırd edə bilməyən və onun hansı siyasi partiya olduğunu deyə bilməyən insanlar olub.

“Orda Avropanın gələcəyi üçün həqiqətən narahat olan insanlar var idi. Bu mövzu onlar üçün qırmızı xəttdir və Gürcüstanda belə insanlar çoxdur. Bu istiqamət bizim üçün də çox vacibdir. Həmçinin, xüsusi təlimlər keçən “Qirçi” gənclər təşkilatı, “Milli Hərəkat” gəncləri, “Franklin məktəbi” orda idi və bu, kifayət qədər maraqlı istiqamətdir. Bununla bağlı ictimaiyyətə daha ətraflı məlumat verəcəyik. Toqquşmalar başlayanda molotof kokteyli, daş atma olub. Bütün bunlar məqsədli şəkildə edilib ki, müəyyən iğtişaşlar və qarşıdurmalar daha da dərinləşsin, lakin biz heç kimə ölkəni devirmək imkanı verməyəcəyik”, - deyə Kaxa Kaladze “İmedi LIVE” verilişində bildirib.

Bizimlə əlaqə saxlayın