Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının ölkəmiz üçün heç bir əhəmiyyəti yoxdur.
InterPress.ge xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Haaqa Məhkəməsinin Putin və Mariya Lvova-Belova barəsində həbs qərarı çıxarması ilə bağlı bildirib.
“Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının ölkəmiz üçün, o cümlədən hüquqi nöqteyi-nəzərdən heç bir əhəmiyyəti yoxdur... Rusiya bu qurumla əməkdaşlıq etmir və beynəlxalq məhkəmədən gələn mümkün həbs “reseptləri” bizim üçün hüquqi cəhətdən etibarsız olacaq”, - Zaxarova bildirib.
