Baş nazir keçmiş təhsil naziri ilə görüşüb
Gürcüstanın baş naziri İrakli Qaribaşvili keçmiş təhsil və elm naziri Mixail Çxenkeli ilə görüşüb.
InterPress.ge xəbər verir ki, Hökumət administrasiyasının məlumatına görə, hökumət administrasiyasında keçirilən vida görüşündə İrakli Qaribaşvili Mixail Çxenkeliyə nazir olduğu müddətdə gördüyü işlərə görə təşəkkür edib.
“Keçmiş nazir öz növbəsində hökumət başçısına təşəkkür edib və qeyd edib ki, baş nazir İrakli Qaribaşvilinin komandasında işləmək onun üçün böyük şərəfdir.
Hökumət başçısı sabiq nazirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
"Mixail Çxenkeli akademik fəaliyyətə qayıdır və Kutaisi Beynəlxalq Universitetinin Beynəlxalq Məsləhət Şurasının sədri kimi fəaliyyətini davam etdirəcək", - məlumatda deyilir.
Məlumat üçün bildirək ki, baş nazir İrakli Qaribaşvili bu gün Gürcüstanın yeni təhsil və elm nazirini təqdim edəcək.


