Kobaxidzedən müxalifətə çağırış
"Mən radikal müxalifəti, o cümlədən QHT-ləri, “Milli Hərəkat”la əlaqəsi olan KİV-ləri liberal-faşist kampaniyasından çəkinməyə çağırıram".
InterPress.ge xəbər verir ki, bunu “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, Gürcüstanda liberal-faşist kampaniyası radikal müxalifətin təşəbbüsü ilə həyata keçirilir.
“Mən hamını ümumilikdə bu faşist kampaniyasından çəkinməyə çağırıram. Dito Samxaradzenin “milli hərəkata” münasibəti var və bunun konkret əsası, konkret səbəbi var və mən bu əsası və səbəbi tamamilə başa düşürəm. Burada söhbət öz zamanında insanlara işgəncə verməklə tanınan siyasi gücdən gedir. Ölkəmizin 20 faizini Rusiya Federasiyasına verən, “İmedi” teleşirkətini zəbt edən, vaxtilə bütün media məkanını monopolizasiya edə bilən siyasi qüvvə məhz budur. Dito Samxaradzenin belə bir siyasi partiyaya münasibəti tamamilə başa düşüləndir. Radikal müxalifətə gəlincə, mən onları və QHT-ləri, “Milli Hərəkat”la əlaqəsi olan media orqanlarını liberal-faşist kampaniyasından çəkinməyə çağırıram”, - Kobaxidze bildirib.


